Rüfət Nasosnudan SƏRT İSMARIŞ: "Ağıllı ol, bilirik, sən kimsən"
“O səhvlərini açıb danışsam: bütün xalqın gözündən düşər”.
Yenicag.az xəbər verir ki, bu sözləri meyxanaçı Rüfət Nasosnu “Bir gün” verilişində deyib.
O, meyxana aləmində səhvlərini ört-basdır etdiyi insanlarla bağlı açıqlama verib, həmin insanlara səslənib:
“Mən elə insanların elə səhvlərini, elə hərəkətlərini bilirəm ki, danışsam, bütün xalqın gözündən düşər. Heç bir qorxum yoxdur, hamımızın bir can borcumuz var. Sadəcə olaraq Allahı nəzərə alıram, həmin insanın balalarını, ailəsini, qohumlarını nəzərə alıb danışmıram. Allah eyibləri örtəndirsə, biz də gərək eyibləri örtək, danışmayaq. Amma o pis cəhətlərindən yenə istifadə edərsə, mən onu faş edərəm. Deyırəm, ağıllı ol, biz bilirik axı sən kimsən”.
Nehru












