Həm işğal, həm kapitulyasiya: Ukrayna masada necə sıxışdırılır?

media-hightechnic-468x90

“Ucuz elektrik enerjisi, yaxud digər şeylər istəməkdənsə, təzminat tələb etmək lazımdır”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.media-abutalib_semedov-3O, ABŞ Prezidenti Donald Trampın “Rusiya Ukraynanın yenidən qurulmasına kömək edəcək. Çünki hər şeyin yaxşı olmasını istəyir. Rusiya Prezidenti ValidimirPutin Ukraynaya ucuz elektrik enerjisi vermək istəyir” bəyanatını şərh edib.

Politoloq bildirib ki, son danışıqlar Trampla Putinin eyni mövqedən çıxış etdiyini göstərdi:

“Danışıqların mahiyyəti Ukrayna Prezidenti Vlsdimir Zelenskiyə təzyiq göstərib razılaşdırılmış iddiaları ona qəbul etdirməkdir. Burada bir tərəfdən Rusiyanın irəliləməsi arqumentindən istifadə olunur, digər tərəfdən Tramp prosesdən tamamilə çəkilməklə hədələyir.

Eyni zamanda, korrupsiya şantajından da istifadə olunur. Çünki Zelenskinin yaxın ətrafında olan insanların bir neçəsi artıq korrupsiyada günahlandırılıblar. Əsas hədəf Zelenskidir, onun korrupsiyaya bulaşdığı heç kimdə şübhə doğurmur.

Zelenski təzyiqlərə dayanmaq üçün əlindən gələni edir. Ancaq, güman ki, uzun müddət dayanmağa gücü çatmayacaq. Tramp-Putin planını qəbul etmək məcburiyyətində qalacaq. Trampın Putinin adından düşüncələrini çatdırması iki adamın, əslində, bir adam və eyni mövqenin təmsilçiləri olduğunu göstərdi.

Rusiyanın Ukraynaya enerji verməsi ucuz qiymətə verməsi böyük xeyirxahlıq jesti kimi dəyərləndirildi. Tramp xatırlamaq istəmədi ki, Ukraynanı indiki vəziyyətə salan, xarabazara çevirən elə Rusiya və onun prezidentidir. Ucuz elektrik enerjisi, yaxud digər şeylər istəməkdənsə, təzminat tələb etmək lazımdır. Ukraynanın bərpa olunmasının ağırlığının böyük hissəsini onun üzərinə qoymaq lazımdır”.

Nəsimi Ələsgərli

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa