“Real Madrid” bu səbəbdən “Qızıl top” mükafatının təqdimetmə mərasiminə getməyib – DETALLAR

media-hightechnic-468x90

“Real Madrid”in prezidenti Florentino Perez rəhbərlik etdiyi klubun “Ballond’Or” (Qızıl top – red.) mərasiminə qatılmaması qərarı təkcə “France Football”a qarşı etiraz kampaniyası deyilmiş.

Yenicag.az yerli MARCA qəzetinə istinadla xəbər verir ki, klub rəhbərliyi bu addımı Vinisius Juniora dəstək məqsədilə qəbul edib.

Rəhbərlik düşünür ki, mükafata layiq olan oyunçularının çətin zamanlarında yanında olmaq və ona dəstək olmaq Madrid klubunun əsas prioritetlərindən biridir.

Əlavə olaraq, rəhbərlik sosial media hesabları üzərində fəaliyyət göstərən komandalarına və rəhbər şəxslərə “Ballond’Or” mövzusu haqqında heç bir portalda bəhs etməməyi əmr edib. Lakin verilən qərar oyunçulara aid deyil və onlar fikirlərini istənilən platforma üzərindən bildirə bilər.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600