!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

REAL niyə seçkilərə az namizədlə gedir? – Deputatlığa namizəd mübarizə apardığı dairəni “ölüm qrupu” adlandırdı

!Reklam – Yazi

“Biz Respublikaçı Alternativ Partiyası (REAL) olaraq seçkilərə 13 namizəd vermişik və hesab edirəm ki, 13-nün də qalib gəlmə şansının yüksəkdir. Namizədlərimizin sayı ona görə az oldu ki, resurslarımızı ancaq güclü namizədlərə yönəltdik. Ona görə də 13 dairənin 13-də də qalib gəlməyə iddialıyıq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında REAL partiyasının Siyasi Komitəsinin üzvü və icra katibi, deputatlığa namizəd, iqtisadçı Natiq Cəfərli deyib.

1 sentyabrda keçiriləcək parlament seçkiləri ilə bağlı danışan siyasətçi mübarizə apardığı dairəni “ölüm qrupu” adlandırıb:

“Mənim dairəmdə çox maraqlı yarışma olacaq. Mən bütün rəqiblərimə hörmətlə yanaşıram və onlar kifayət qədər tanınmış, eləcə də hörmətli insanlardır. Tanınmış olmaları da daha maraqlıdır. Mən bunu Çempionlar Liqasındakı “ölüm qrupu”na bənzədirəm. Yəni hazırda bizim dairədə Çempionlar Liqasının “ölüm qrupu”na uyğun bir şərait yaranıb. Bu, əlbəttə ki, məndə motivasiya yaradır.

Qalib gələcəyimə əminəm, çünki bölgədə imza toplayarkən tanınmışlıq səviyyəsinin yüksək olduğunu gördük ki, bu da çox sevindiricidir. Düşünürəm ki, güclü rəqiblərə qalib gəlməyin özü də xüsusi və zövqlü bir proses olacaq”.

“Biz bu il 13 yerə iddialıyıq və hər bir namizədimiz güclüdür. Onların hansılarının parlamentə düşəcəyinə də seçici qərar verəcək. Bundan başqa, partiya yoldaşlarımın arasında tanınmışlar da var. Məsələn, İlqar Məmmədovun namizədliyini verdiyi 22 saylı Nəsimi-Yasamal seçki dairəsində Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə kimi 25 il deputat olan bir şəxs var. Həmçinin o, siyasətdə çoxdandır mövcud olan bir şəxsdir. Başqa dairələrdə də tanınmış rəqiblərimiz var.

Burada əsas məsələ odur ki, qeydiyyat prosesi başa çatdıqdan sonra mənzərəni daha aydın görəcəyik. İndi bilmirik ki, kimlər qeydiyyata alınacaq, ya yox. Ona görə də rəqiblərlə bağlı ümumi analizlərimizin cavabı, təqribən, avqustun 1-ci həftəsində dəqiq bilinəcək”, – deyə o fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, Respublikaçı Alternativ Partiyası (REAL) tərəfindən namizədliyi 33 saylı Xətai birinci seçki dairəsindən irəli sürülən REAL partiyasının Siyasi Komitəsinin üzvü və icra katibi Natiq Cəfərlinin bu dairədə rəqibləri VI çağırış Milli Məclisin bitərəf deputatı, parlamentin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin (STM) rəhbəri, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Zahid Oruc və tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasovdur. N. Cəfərlinin sözügedən dairədən YAP-çı rəqibi isə Yengibar Əliyevdir.

2 saylı Nəsimi-Yasamal seçki dairəsindən namizədliyini irəli sürən REAL sədri İlqar Məmmədovun rəqibi isə Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə və hakim Yeni Azərbaycan Partiyasından (YAP) Xaliq Hüseynovdur.

Rafi Müslümov

COP29

www.yenicag.az

326
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv