!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Referendumda “exit-poll” keçirmək üçün sənəd təqdim edilməsinə ayrılan vaxt başa çatır

!Reklam – Yazi

5

 

Sabah Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün sənəd təqdim etmələrinə ayrılan vaxt başa çatır

APA-nın məlumatına görə, “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”na əsasən səsvermə gününə ən azı 20 gün qalanadək “exit-poll” keçirmək niyyətində olan təşkilatlar akkreditasiya üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.

Referendumla əlaqədar bu müddət sentyabrın 6-dək olan dövrü əhatə edir. Mərkəzi Seçki Komissiyası sentyabrın 16-dək “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməlidir.

Yenicag.az

www.yenicag.az

505
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv