“Regiondakı gərginlik süni qiymət artımına və logistik problemlərə yol açır" - Müşfiq Cəfərli
“Müharibənin təsirləri artıq qlobal səviyyədə hiss olunur. Xüsusilə Körfəz üzərindən ticarətdə çətinliklər yaranıb, neft qiymətləri artmağa başlayıb”.
Bu sözləri Yenicag.az-a videomüsahibəsində Milli Məclisin deputatı Müşfiq Cəfərli deyib.
Deputat Yaxın Şərqdə alovlanan gərginlik və müharibə fonunda dünya ölkələrinə dəyən ziyan, eləcə də Azərbaycanın sülhsevər mövqeyi ilə bağlı mühüm məqamlara toxunub:
“Regiondakı gərginlik süni qiymət artımına və logistik problemlərə yol açır. Müharibə yalnız tərəflərə deyil, qonşu dövlətlərə də ciddi iqtisadi və humanitar zərbə vurur, böyük dağıntılara səbəb olur. Ən qorxulusu isə münaqişənin miqyasının daha da genişlənmə ehtimalıdır”.
Azərbaycanın beynəlxalq müstəvidəki nüfuzunu xatırladan M.Cəfərli qeyd edib ki, ölkəmiz əvvəllər də bənzər böhranların tənzimlənməsində uğurlu vasitəçilik missiyasını yerinə yetirib.
Ətraflı videomaterialda:
Nəsimi Ələsgərli
Samir Məcidov













