“Ermənistanda və Gürcüstünda baş verən hadisələr Cənubi Qafqazda gərginliyin artırılmasına xidmət edir”.
Bunu Yenicag.az-a açıqlamasında Cənubi Qafqazda baş verən proseslərin yaxın perspektiv üçün nəticələrindən danışan politoloq Leyla Mikayılova deyib.
Onun sözlərinə görə, indiki halda regionda baş verən proseslər heç də yaxşı istiqamətlənməyib.
“Lakin qarşısı alınmaz hal kimi də qələmə vermək düzgün deyil. Ancaq istər Ermənistan, istərsə də Gürcüstan etirazları kəskin şəkildə dağıtmağın yaxşı heç nə vəd etmədiyini anlayır. Nəticə etibarilə bu, ciddi rezonans yarada bilər. Buna baxmayaraq, yaxın perspektvidə regionla bağlı yeni vəziyyət formalaşacaq.
Belə bir vəziyyətdə Ermənistanın sülh müqaviləsini imzalaması asan məsələ deyil. Həssas məqamlar nəzərə alınmalı və regionun gələcəyi adına doğru qərarlar verilməlidir”, – deyə politoloq qeyd edib.
Nəsimi Ələsgərli
www.yenicag.az