Rəhbər orden ilə təltif olundu
Çeçenistan rəhbəri Ramzan Kadırov “İctimai tanınma” milli fondu tərəfindən “Xeyirxahlıq” ordeni ilə təltif olunub.
Bu barədə Çeçenistan hökumətinin mətbuat xidməti məlumat verib.
“Kadırov xeyirxahlıq və humanistlik, eyni zamanda Böyük Vətən Müharibəsi və hərbi əməliyyatların veteranları, vıtın uğrunda həlak olanların dul qadınları və uşaqlarına göstərdiyi maddi və mənəvi dəstəyə görə təltif olunub”, – deyə məlumatda qeyd olunub.