!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Rəhim Rəhimlinin həkimi: "Mütləq gələcəm", - demişdi"

!Reklam – Yazi

Azərbaycan Kardiologiya Cəmiyyətinin İdarə Heyətinin üzvü, Tibb üzrə fəlsəfə doktoru, kardioloq Üzeyir Rəhimov ötən gün vəfat edən müğənni Rəhim Rəhimli ilə bağlı paylaşım edib.

Yenicag.az xəbər verir ki, həkim Ü.Rəhimov Rəhim Rəhimlinin 3-4 il əvvəl pasiyenti olduğunu və ağır ürək çatışmazlığından əziyyət çəkdiyini qeyd edib:

“3-4 il əvvəl pasiyentim olmuşdu, hospitalizə etmişdik. Ağır ürək çatışmazlığında gəlmişdi. Bir az düzələn kimi mədəni şəkildə getməli olduğunu söyləyib, xəstəxanadan ayrıldı. Digər pasiyentlərlə bir palatada qalırdı, bir dəfə də mənim palatamı dəyişdirin demədi. Səhnədə şən görünməsinə baxmayın, çox danışmazdı. Daxilində isə durmadan danışdığını, amma sitəmlərini dilə gətirmədiyini anlayırdım. Bir neçə nəfərdən başqa yanına gələn heç kimsə yox idi. Bu gün sosial mediaya baxmayın. Yəqin ki, özünün maddi vəziyyəti bərbad idi. Xəstəxana xərclərini də kimsə ödəmək istəmirdi. Hər şeyin fərqində idi. Ona dəstək olanları daha da xərcə salmamaq üçün vaxtından əvvəl ayrılmışdı xəstəxanadan.

Yaradıcılıq qabiliyyəti olan insanlara həmişə heyran olmuşam, bəlkə də məndə belə xüsusiyyət olmadığından. Ya da tanrıya bizlərdən bir az daha yaxın olduqları üçün. Yaratmaq xüsusiyyətləri onlarda tanrıdan daha böyük parça daşıdıqlarının göstəricisi idi. Müalicəsini davam etdirməsi gərəkdiyini söylədiyimdə “mütləq gələcəm” demişdi. Gəlməyəcəyini bilirdim. Hətta bu qədər yaşayacağını düşünmürdüm. Amma yəqin ki, bir şeylər hiss edirdi, sonun yaxınlaşdığını”.

www.yenicag.az

298
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv