Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Rəhman Rəhmanov LƏNƏTLƏDİ: "Hamının həyatını qaraltdı, rədd olub getsin"

“2020-ci il yaddaşımda ağır il kimi qalacaq. Pandemiyaya görə, teatrlar, mədəniyyət və təhsil ocaqları bağlandı, çox sevdiyim səhnədən, tamaşaçılarımdan uzaq düşdüm. Fevral ayında xəstələndim, komaya düşdüm, 15 gündə iki dəfə ağır əməliyyat keçirdim”.

Bunu Yenicag.az-a açıqlamasında əməkdar artist, tanınmış aktyor Rəhman Rəhmanov sonuna sayılı günlər qalan 2020-ci illə bağlı təssüratlarını bölüşərkən, təəssüf hissi ilə bildirib.

Aktyor sənət dostlarını xatırlayaraq, ağır itkilərdən də danışıb:

“Çox ağır il oldu, ilin əvvəlində dəyərli sənətkarlarımız, sənət dostlarımız, xalq artistləri Rafael Dadaşov, Ağaxan Salmanlını, əməkdar artistlər Tofiq Hüseynov, Rəşid Səməndəri, elə təkcə dekabr ayında ard-arda xalq artistləri Səfurə İbrahimova, Əjdər Həmidov, əməkdar artistlər Atabala Səfərov Almaz Mustafayevanı itirdik. Çox sənətkarlarımız dünyasını dəyişdi.

Təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün ağır il oldu. Koronavirus dünyanı cənginə aldı, hər kəsin həyatını qaraltdı. Hamımız həsrətlə gözləyirik ki, bu virus rədd olub getsin, normal həyatımıza qayldaq”.

Bununla belə, əməkdar artist bu ilin Azərbaycan şanlı tarixində zəfər ili kimi qalacağını da fəxarətlə qeyd edib:

“Bu il qələbə sevinci yaşadıq, illərdir işğal altında olan torpaqlarımız azad olundu. Ali baş komandanımız, Ordumuz var olsun ki, bu sevinci bizə yaşatdı. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm, Allah qazilərimizə də şəfa versin”.

Cəvahir

www.yenicag.az

204