!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəisinin əsl hədəfi… - İranda hakimiyyətdaxili mübarizənin PƏRDƏARXASI

!Reklam – Yazi

İran İslam Respublikası qurulduğu gündən bəri ən real yıxılma təhlükəsi ilə üz-üzədir.

Ovqat.com xəbər verir ki, bu iddianı ABŞ-ın ən nüfuzlu universitetlərinin (Harvard, Kembriç) tədqiqatçı alimi əslən İrandan olan professor Məhəmməd Ayətullahi Tabaar irəli sürüb.

Professorun fikrincə, 2018-ci ildən İranı qarabaqara izləyən bu təhlükə heç də xaricdən gözlənilmir. Əksinə, İran daxildən dağılma prosesi yaşaya bilər.

Müəllifin “Forreign Affairs” jurnalının 2021-ci ilin sentyabr-oktyabr sayı üçün yazdığı “İranın içindəki müharibə” başlıqlı məqalədə yeni prezident İbrahim Rəisinin seçilməsinin bu ölkəyə hansı gələcək vəd etdiyi üzərində durulur. Alim 1979-cu ildən indiyədək seçilmiş bütün İran prezidentləri ilə dini lider arasında rəqabət olduğunu və bununla da İran vətəndaşlarının problemlərinin həllində İslam rejiminə ümid bəslədiklərini bildirir.

Şəkildə: Məhəmməd Ayətullahi Tabaar

“İran həmişə inqilabla hakimiyyətə gələn dini lider-prezident dilemması arasında güc mübarizəsinin şahidi olub. Hətta indiki dini lider Əli Xamenei 1981-1989-cu illərdə prezident olduğu zaman o dövrün dini lideri Ruhullah Xomeyni ilə hakimiyyət mübarizəsi aparırdı. 1989 -cu ildə Xamenei dini lider olanda, dövrün prezidenti Rəfsəncani ilə də aralarında eyni mübarizə gedirdi. 1997 -ci ildə prezident seçilən Məhəmməd Xatəmi dövrünündə dini liderlə prezident arasındakı rəqabət özünün kulminasiya nöqtəsinə çatmışdı. Əhmədinejad və Ruhani də Xamenei ilə bir neçə dəfə gərginlik yaşayıblar”.

Professora görə, yeni seçilmiş prezident İbrahim Rəisi ilə Əli Xamenei arasında isə belə bir rəqabət mövcud deyil. Rəisi, Xameneinin dini lider kimi fəaliyyətə başladığı 1989-cu ildən bəri qarşılaşdığı “ən sadiq prezident”dir.

“Çünki Rəisi prezidentlikdən kifayətlənmək istəmir, Xameneinin varisi kimi İranda əsas söz sahibi olan dini lider mövqeyinə yüksəlməyi hədəfləyir. Bu səbəbdən də onun rəqibi Xamenei yox, dini liderin yeri boşalan kimi bu vəzifəyə iddiaya edə biləcək potensial namizədlərdir. Yeni prezident ümid edir ki, Xamenei ilə ahəngdar işləsə və ona itaətkarlıq göstərsə, 82 yaşında olan və ağır xəstəliklərlə çarpışan indiki dini lider öz postunu Rəisiyə vəsiyyət edəcək”.

Bu baxımdan, İranda İslam inqilabından sonra demək olar ki, ilk dəfə dini liderlə prezident arasındakı rəqabətə son qoyulduğunu yazan Tabaara görə, amma mövcud vəziyyət heç də molla rejiminin problemlərinin bitdiyi anlamına gəlmir, əksinə onu daha da böyüdür: “Korrupsiya, yanlış idarəçilik, sanksiyalar və pandemiya səbəbindən İran böyük bir iqtisadi böhran yaşayır. Xüsusilə 2018 -ci ildən sonra İran xalqının rifah səviyyəsi kəskin şəkildə aşağı düşüb. Keçmiş prezident seçkilərində seçici iştirakının aşağı olması, İran xalqının getdikcə rejimdən qopduğunu və rejim daxilində müxalifət qurmaq ümidindən əl çəkdiyini ortaya qoyur. Bu onu göstərir ki, seçkidə qalib gələn mühafizəkarlar əslində daha böyük itki və təhlükə altındadırlar”.

Dini lider Xameneinin, ola bilsin ki, arzuladığı “ən sadiq prezidenti” hakimiyyətı gətirdiyini istisna etməyən alimin fikrincə, bununla belə, İbrahim Rəisi bütün iranlıların prezidenti olmaqdan çox uzaqdır və bu amil ölkəni uçuruma sürükləyir:

“Rəisi hətta bütün mühafizəkarları belə, təmsil etmir, yalnız Xameneinin sözçüsü kimi qəbul olunur. Belə bir siyasi mövqe sərgiləyən Rəisinin dövründə iqtisadi böhrana çözüm tapılmayacağı təqdirdə, İrandakı rejim dəyişikliyi təşəbbüslərinin inqilabdan sonrakı ən real dövrünə qədəm qoyacağını söyləmək olar”, – iranlı professor belə fikirləşir.

www.yenicag.az

458
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv