Rektor müşavirini bıçaqlayan şəxs də BDU-nun işçisidir - AÇIQLAMA / FOTO - YENİLƏNDİ
27 iyul saat 11 radələrində Bakı Dövlət Universitetinin əsas korpusunda BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirilib.
Bu barədə Trend-ə Bakı Dövlət Universitetindən məlumat verilib.
Məlumata görə, xəsarət alan hər 2 şəxs təcili olaraq xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyəti normaldır və həkim nəzarəti altındadır.
Hadisəni törətməkdə təqsirli bilinən Universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev təqsirkar qismində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
***
BDU rektorunun Maliyyə məsələləri üzrə müşaviri Mirzə Rəşid oğlu Mirzəyev və komendant bıçaqlanıb.
Yenicag.az Unikal.org-a istinadən xəbər verir ki, hadisə Bakı Dövlət Universitetində baş verib.
Qeyd edək ki, hadisəni İsmixan adlı şəxs törədib.