“Rembo” İŞİD-ə savaş açdı
69 yaşlı məşhur aktyor Silvester Staloni İŞİD-ə qarşı mübarizədən bəhs edən yeni filmə çəkiləcək.
Yenicag.az xəbər verir ki, aktyor yaxın zamanlarda filmin çəkilişlərinə başlanacağını qeyd edib. Filmdə “Rembo”, Suriya və İraqda İŞİD-ə qarşı müharibəyə başlayacaq. Hətta bəzi səhnələrin elə sözügedən ölkələrdə çəkilməsi nəzərdə tutulub.
Filmin adının “Last Blood”( Son qan) olacağı gözlənilir. Qeyd edək ki, bu haqda məlumatı aktyor konfransların birində söyləyib.