Rəşad Bayramov: “Müharibə xofu daxili auditoriyanı qorxu altında saxlamaq üçündür”

media-hightechnic-468x90

“Nə Azərbaycan həmin Azərbaycandır, nə də Rusiya əvvəlki imkanlara malikdir”

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Politoloq Ermənistan Xarici Kəşfiyyat Xidməti rəhbərinin, “Paşinyan seçkilərdə məğlub olacağı təqdirdə müharibənin yenidən başlama ehtimalı var” şəklində erməni xalqına etdiyi çağırışı kəskin tənqid edib:

“Ermənistan Xarici Kəşfiyyat Xidməti rəhbərinin radikal müxalifətin mümkün qələbəsi halında Azərbaycanla yeni müharibə riskini “məntiqli” sayması, bir tərəfdən daxili siyasi diskursun idarə edilməsinə, digər tərəfdən isə xarici təhlükə obrazının süni şəkildə saxlanılmasına xidmət edir.

Məlumdur ki, Ermənistan daxilində Paşinyan hökuməti ilə müxalifət arasında kəskin siyasi qütbləşmə mövcuddur və Qarabağ münaqişəsindən sonra yaranan yeni reallıqlar bu uçurumu daha da dərinləşdirib. Belə şəraitdə müharibə ehtimalına dair tezislər ictimai rəyi müəyyən çərçivədə saxlamaq məqsədi daşıyır. Paşinyan hökuməti üçün bu cür narrativlər siyasi sığorta rolunu oynayır: radikal müxalifətin hakimiyyətə gəlməsi ilə eskalasiya riskinin vurğulanması həm mövcud kabineti daha “sabit və proqnozlaşdırılan” tərəf kimi təqdim edir, həm də müharibə istəməyən kütlənin müxalifət ətrafında birləşməsinin qarşısını alır. Bu, klassik siyasi kommunikasiya mexanizmidir – “təhlükə obrazı” vasitəsilə status-kvonun qorunmasını əsaslandırmaq.”

Ekspert qeyd edib ki, müxalifət qalib gələrsə belə, genişmiqyaslı müharibənin başlanması real görünmür, lakin kiçikmiqyaslı gərginliklər istisna deyil:

“Siyasi rəhbərlikdə ciddi dəyişikliklər, xüsusilə revanşist ritorikaya sahib qüvvələrin hakimiyyətə gəlməsi nəzəri olaraq gərginliyi artıra bilər. Lakin bu, avtomatik olaraq genişmiqyaslı müharibə demək deyil. Radikal müxalifətin çağırışlarına baxmayaraq, hakimiyyət dəyişikliyi halında belə Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyatlara başlamaq imkanı yoxdur. Çünki regional reallıqlar tamamilə dəyişib. İndi nə Azərbaycan həmin Azərbaycandır, nə də Ermənistanın ənənəvi müttəfiqi olan Rusiya əvvəlki dəstək imkanlarına malikdir. Regional güc balansı artıq Azərbaycanın xeyrinə qətiləşib və hər hansı yeni eskalasiya cəhdi Ermənistan üçün fəlakətli nəticələrə səbəb olar.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05