Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Rəşadətli ordumuzun 20 yanvar hadisələrindən 30 il sonra yazdığı şanlı zəfər salnaməsi...” - TARİXİ MÜQAYİSƏ

“Azərbaycan xalqı öz hürriyyətinə qovuşmaqla, 20 Yanvar şəhidlərinin qanını yerdə qoymadı”.

Bunu Azərbaycan tarixində mühüm yer tutan 20 Yanvar hadisələrinin əhəmiyyətini dəyərləndirən politoloq Züriyə Qarayeva Yenicag.az-a açıqlamasında deyib.

Politoloqun sözlərinə görə, qanlı 20 Yanvar qırğınında Azərbaycan xalqı öz iradəsini göstərib, öz mənliyini, mətinliyini sübut edib, “Şər imperiyası”nın təməlini sarsıdıb:

“20 Yanvar tariximizin şücaət və azadlıq salnaməsi olub. Müstəqilliyimizin qazanılması yolunda bu tarixdən öncə də xalqımızın başına müxtəlif faciələr gətirilib. Ancaq 20 Yanvar dönüş nöqtəsi olub.

Əliyalın vəziyyətdə imperiya tanklarının üstünə, iriçaplı pulemyotların qarşısına çıxan xalqın əzmini sındıra bilmədilər. Azərbaycan xalqı 20 Yanvar qırğınından sonra azadlığına qovuşdu.

Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın Azadlıq meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm mitinqinə toplaşdı. Əslində, 20 Yanvar hadisəsi matəm günü yox, azadlıq şəhidlərinin Anım günü kimi qeyd olunmalıdır”.

Politoloq hesab edir ki, bu olaylardan 30 il sonra rəşadətli ordumuzun yazdığı şanlı zəfər salnaməsi də 20 Yanvar şəhidlərindən qalan vətənsevərlik irsinin məntiqi davamı idi:

“Xalqımız öz cəsarətini, mərdliyini, qəhrəmanlığını, torpaqlarımızın hər qarışı uğrunda canını qurban verməyə hazır olduğunu 20 Yanvar faciəsindən 30 il sonra – 2020-ci ildə də nümayiş etdirdi.

Qalib xalq obrazının yaranması o günün təntənəsidir. 1990-cı ildə qorxmazlıq nümayiş etdirərək həmin irsi qoyan 20 Yanvar şəhidləri, İkinci Qarabağ müharibəsinin şəhidləri ilə birlikdə qürurla anılır.

Ona görə də xüsusən bugünkü tarixdən sonra 20 Yanvar günü faciədən çox milli qürur günü kimi anılır. Həmin gün tökülən qanların qisası artıq alınıb”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

310