Rəsm 300 milyon dollara satıldı

media-hightechnic-468x90

83092Məşhur fransız rəssam Pol Qogenin “Nafea Faa Ipoipo” adlı rəsm əsəri 300 milyon dollara satılıb.

Yenicag.az anspress-ə istinadən bildirir ki, bu rəsm indiyə qədər dünyada satılmış ən bahalı rəsm əsəri hesab edilir.

Rəsmin keçmiş sahibi isveçrəli kolleksiyaner Rudolf Ştexelin satış faktını təsdiq edib. Qogenin əl işi bundan sonra Qətərin muzeylərinə məxsus olacaq.

1892-ci ildə çəkilmiş rəsm əsəri hazırda Bazel muzeyindədir. O, Madrid və Vaşinqtonda sərgiləndikdən sonra 2016-cı ildə yeni sahiblərinə təqdim olunacaq.

Qeyd edək ki, bunadək ən bahalı rəsm əsəri Pol Sezanın “Kart oyunçuları” olub. Onu 2012-ci ildə Qətər Milli Muzeyi üçün 250 milyon dollara satın almışdılar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600