!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəsmi İrəvanın arxasındakı xarici güc: Ermənistandakı proseslər bu dairələr tərəfindən idarə olunur

!Reklam – Yazi

“Bu gün Ermənistan siyasi hakimiyyətinin arxasında müəyyən xarici dairələr dayanır. Bu sirr deyil və biz uzun illər bunu müşahidə etmişik”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli deyib.

O, Ermənistan parlamentinin müxalif “Patev unem” və “Hayastan” fraksiyalarının hökumətin istefası ilə bağlı növbədənkənar iclasın çağırılması haqqında bəyanatını şərh edib.

S. Kərimli xatırladıb ki, Ermənistan Azərbaycan torpaqlarını 30 il işğalda saxladığı dövrdə belə xarici ölkələrdən çox böyük dəstək alıb və həmin dairələr tərəfindən idarə olunub:

“Biz Ermənistanı müstəqil siyasət yürüdən bir ölkə kimi adlandıra bilmərik. İstər əvvəlki hakimiyyət – Koçaryan-Sarkisyan iqtidarı dövründə, istərsə də Paşinyan hakimiyyəti dövründə Ermənistan müstəqil olmayıb. Vaxtilə Koçaryan-Sarkisyan hakimiyyəti Rusiyanın təsiri altında siyasət həyata keçirirdisə, son dövrlərdə Paşinyanın Qərb dairələrinin əsirinə çevrildiyinin şahidi olmuşuq. Lakin bu gün Ermənistanda baş verən proseslər, təbiidir ki, beynəlxalq xarici dairələr tərəfindən idarə olunur. Amma Nikol Paşinyan Ermənistanın bir dövlət kimi qarşısında dayanan təhlükələri normal və düzgün qiymətləndirir. O, bu təhlükələrin aradan qaldırılması üçün yeganə yol kimi qonşularla, xüsusilə də Türkiyə və Azərbaycanla münasibətlərin normalaşdırılmasının tərəfdarıdır”.

Onun sözlərinə görə, əgər Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamazsa, habelə radikal-millətçi və separatçı qüvvələr hakimiyyət gələrlərsə, bu, Azərbaycanla yeni müharibə təhlükəsini hər an real edir:

“Onlar Azərbaycanın gücünü yaxşı bilirlər və anlayırlar ki, hərbi təxribatlar törədilsə, bu dəfə Ermənistan çox böyük təhlükə altında qala bilər. Çünki Azərbaycanın hərbi gücü istənilən təhlükənin və təhdidinin qarşısını almağa, hətta Ermənistana öldürücü zərbələr endirməyə kifayət qədər imkan verir. Belə olduqda, bu gün Paşinyan da bunu çox yaxşı qavrayır”.

“Lakin təəssüf ki, Ermənistandakı revanşist qüvvələr – keşiş Baqrat, eləcə də Ermənistan parlamentindəki müxalif “Patev unem” və “Hayastan” fraksiyalarının Paşinyana qarşı sərt mövqe nümayiş etdirmələri Ermənistanı böyük təhlükələrə aparır. Həmin dairələr imkan vermirlər ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalasın, Azərbaycanla münasibətləri normallaşdırsın. Təbiidir ki, həmin dairələrin bu istiqamətdə çox böyük maraqları var. Onlar Ermənistanı Azərbaycana qarşı hərbi təxribatlara vadar etmək istəyirlər”, – deyə o, əlavə edib.

Mütəxəssis əmindir ki, bütün bunlar regionda sülhə və təhlükəsizliyə ciddi zərbədir:

“Hesab edirəm ki, Nikol Paşinyan bütün bu proseslərin içində olan və reallıqları bilən siyasi rəhbər kimi çox yaxşı anlayır ki, bu gün Ermənistanın düşdüyü dalandan çıxış yolu Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır. Fikrimcə, Paşinyan siyasi təzyiqlərin qarşısından geri çəkilməyəcək və iğtişaşların yatırılması üçün əlindən gələni edəcək”.

Rafi Müslümov

COP29

www.yenicag.az

316
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv