!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rəsmi İrəvanın sülh müqaviləsi imzalamağa hazır olması müsbət haldır” – Neil Uotson

!Reklam – Yazi

“Rəsmi İrəvanın nəhayət sülh müqaviləsi imzalamağa hazır olması çox müsbət haldır”.

Bu sözləri Yenicag.az-la söhbətində ingiltərəli politoloq Neil Uotson deyib.

Siyasi təhlilçi Ermənistan Xarici İşlər Nazirliyinin sülh müqaviləsi ilə bağlı bəyanatına münasibət bildirib.

“Mən həmişə belə bir fikirdə olmuşam ki, Ermənistanın baş naziri Nikol Paşinyan sülhə ehtiyac olduğunu və əsl müstəqilliyin yalnız ölkəsinin Rusiyanın çətirindən uzaqlaşdığı zaman baş verəcəyini anlayır. Bu yaxınlarda dörd kəndin geri qaytarılması onun vəziyyətə necə baxdığını göstərir. Ancaq Ermənistan öz konstitusiyasına yenidən baxmalı olacaq, yoxsa Azərbaycan masaya gələ bilməz”.

Onun sözlərinə görə, dünən Azərbaycan Prezidentu İlham Əliyev bir daha bəyan etdi ki, Ermənistan revanşist ideyalarından, habelə ATƏT-in Minsk Qrupu kimi fəaliyyət göstərməyən qərəzli qurumlardan əl çəkməli, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarına son qoymalı, əksinə, özünü ATƏT kimi Qərb təşkilatları ətrafında yenidən tənzimləməlidir.

“İndi məsələ Paşinyanın bu yola inanıb-inanmaması deyil (mən əminəm ki, inanır -N.U), əksinə, onun öz əhalisini, xüsusən də yaşlı nəsli və beynəlxalq erməni diasporunu bunun zəruri olduğuna inandıra bilib-bilməyəcəyidir. O, tərəddüd edən və həddən artıq praqmatik siyasətçidir. Bundan başqa, o anında qəbuledici auditoriyaya doğru sözləri söyləməyə meyllidir. Bununla belə, 2020-ci ildən bəri Cənubi Qafqazda vəziyyət sürprizlər və tarixi məqamlarla dolu olub. Ümid edirik ki, davamlı sülh tərəflər arasında kulminasiya nöqtəsi olacaq”.

Xatırladaq ki, Ermənistan XİN tərəfindən verilən açıqlama qeyd olunub ki, rəsmi İrəvan bir ay ərzində Bakı ilə sülh sazişi üzərində işi başa çatdırmağa və onu imzalamağa hazırdır.

Rafi Müslümov

www.yenicag.az

801
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv