Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rəsmi qurumlardan partlayışla bağlı AÇIQLAMA - Səbəb vulkan püskürməsidir? - YENİLƏNDİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzərdə baş verən partlayışla bağlı açıqlama yayıb.

Nazirlikdən Yenicag.az-a verilən açıqlamaya görə, dənizdə baş verən partlayış hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri tərəfindən hazırda araşdırma aparılır:

“Mütəxəssislərin ilkin ehtimalına görə partlayışa səbəb vulkan püskürməsidir”.

***

“Nə Xəzərdəki platformalarda, nə dənizdəki quyularda, eləcə də Xəzərdəki gəmilərdə hər hansı bir qəza qeydə alınıb”.

Yenicag.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, Xəzərdə çoxlu sayda palçıq vulkanları var. Onlardan birinin püskürməsi səbəbindən partlayış olub:

“Burada partlayışın müddəti və yalnız alovla çıxması palçıq vulkanının püskürməsinə işarə edir. Partlayışın alovla çıxması onu göstərir ki, bu, palçıq vulkanının püskürməsidir”.

Qeyd edək ki, AMEA rəsmisi Adil Əliyev partlayış baş verən ərazidə palçıq vulkanın olmadığını deyib.

***

“Sosial şəbəkələrdə Xəzər dənizində baş verən hadisənin tankerdə partlayışın olması ilə əlaqələndirənlər də var”.

Yenicag.az xəbər verir ki, bunu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) mətbuat katibi Mehman Mehdiyev Xəzərdə baş vermiş partlayışın tankerdə meydana gəlməsi iddiasına münasibət bildirərkən deyib.

“Bu kimi məlumatlar insanlar arasında bir qədər çaşqınlıq yaratdığından bildirmək istərdik ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasına məxsus hər hansı gəmidə partlayış baş verməyib” – deyə, o vurğulayıb.

***

Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində baş vermiş partlayışla bağlı məlumat paylaşıb.

Məlumatda deyilir:

“4 iyul 2021-ci il tarixində axşam saatlarında sosial şəbəkə və saytlarda yayılmış və dənizdə alovu əks etdirən videogörüntülərlə əlaqədar bildiririk ki, Fövqəladə Hallar Nazirliyinə ölkə ərazisində gün ərzində dənizdəki neft infrastrukturu və ya sənaye obyektlərində hər hansı fövqəladə hadisə baş verməsi barədə məlumat daxil olmayıb.

Bununla belə, hazırda aidiyyəti qurumların mütəxəssisləri ilə birlikdə videogörüntülərdə əks olunan yanğın hadisəsi ilə əlaqədar araşdırma aparılır.

İctimaiyyətə əlavə məlumat veriləcək”

www.yenicag.az

352
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100