Rəsmi Vaşinqton: "Tramp mümkünsüzü mümkün etmək niyyətindədir"
ABŞ Prezidenti Donald Tramp Ukraynada böhranın aradan qaldırılmasına nail olaraq “mümkünsüzü mümkün etmək” niyyətindədir.
Yenicag.az xəbər verrir ki, bu barədə jurnalistlərlə söhbətində Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib.
“Xüsusi nümayəndə Uitkoff, Cared Kuşner və prezident Tramp Yaxın Şərqdə sülhün təmin olunması məsələsində mümkünsüzü mümkün etdilər. Bilirəm ki, onlar Rusiya ilə Ukrayna arasındakı müharibəyə münasibətdə də eyni nəticəyə nail olmağa çalışırlar”, – deyə Levitt vurğulayıb.












