Restoranlarda elektron menyu dönəmi başlayır

media-hightechnic-468x90

banner2Yaxın vaxtlarda Azərbaycan restoranlarında elektron menyular tətbiq ediləcək. Müştərilər yemək sifariş vermək üçün indiyədək istifadə olunan kitabçalar əvəzinə planşetlərdən istifadə edəcəklər.

Bu yenilik “Smart menyu” adlanan layihə çərçivəsində həyata keçiriləcək. Layihənin rəhbəri Təbriz Etayi bildirib ki, bu yenilikdə məqsəd restoranlarda xidmətin səviyyəsini yüksəltmək, xüsusilə də Azərbaycana səfər edən turistlərin restoran xidmətləri haqqında təsəvvürlərini dəyişməkdir. Elektron menyu həm restoran personalının, həm də müştərilərin işini yüngülləşdirəcək.

“Smart menyu” layihəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (İKT Fondu) tərəfindən ayrılmış qrant hesabına reallaşdırılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600