Retro avtomobillərin sərgisi keçirildi

media-hightechnic-468x90

6922c396bb0363ac7ad26683131cf536Fevralın 8-də Bakıdakı “Retro” Avto Klubda antik avtomobillərin sərgisi keçirilib. Yenicag.az lent.az-a istinadən bildirir ki, 15-dək maşının nümayiş etdirildiyi sərgidə, həmçinin antik əşyalar da tamaşaçılara təqdim olunub.

Klubun təsisçisi Elşən İsmayılov təşkilatın 80-dək üzvü olduğunu söyləyib, sərginin əhəmiyyətindən danışıb.

Bildirilib ki, 2003-cü ildən fəaliyyət göstərən klub ümummilli lider Heydər Əliyevin yubileyinə, Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə, 28 May-Respublika Gününə həsr olunan yürüşlər təşkil edib. Həmçinin Azərbaycan Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə antik avtomobillərin Qubaya yürüşü keçirilib.

E.İsmayılov diqqətə çatdırıb ki, “Retro” Avto Klubu Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində antik muzey kimi qeydiyyatdan keçib. Buradakı ən qədim avtomobil 1936-cı ildə ABŞ-da istehsal olunan “Buck” markalı maşındır. Klubun təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülür. Kluba xarici turistlərin cəlb olunmasını istəyirik. Məqsədimiz əcnəbi qonaqları burada yaradılan şəraitlə tanış etməkdir.

Klubda antik avtomobillərin satışının təşkil edildiyi bildirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600