Qanunsuz yolla çöl dovşanı və sığırçın ovlayan şəxs cəriməlik olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Yenicag.az.az-a verilən məlumata görə, Ağcabədi rayonu ərazisində keçirilən reyd zamanı rayonun ”Qarqışlaq” adlanan ərazisində icazəsiz ov edən şəxs saxlanılıb və ondan ov tüfəngi, çöl dovşanı, sığırçın götürülüb.
Araşdırma zamanı ov edən şəxsin Ağcabədi şəhər sakini İlkin Mamedov olduğu müəyyən edilib. Faktla bağlı protokol tərtib olunub və İ.Mamedova 1508,50 manat məbləğində cərimə və ziyan tətbiq olunub.