!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Riyakar ənənə pozulmadı: Azərbaycan torpaqlarında xidmət edəcək Anaşkin erməni nazirlə görüşdü

!Reklam – Yazi

Ermənistanın müdafiə naziri Arşak Karapetyan Rusiya nümayəndə heyəti ilə görüşüb. Nümayəndə heyətinin tərkibində Rusiya sülhməramlılarının keçmiş komandanları general-leytenant Rüstəm Muradov, general-mayor Mixail Kosobokov və bu vəzifəyə yeni təyin olunmuş general-leytenant Gennadi Anaşkin olub.

Yenicag.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, Cənub Hərbi Dairəsi komandanının müavini, general-leytenant Rüstəm Muradov Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı, Rusiya qəhrəmanı, general-leytenant Gennadi Anaşkini təqdim edib.

Tərəflər Rusiyanın bölgədəki hərbi-siyasi vəziyyətin sabitləşməsinə yönəlmiş səylərini yüksək qiymətləndirib. Görüşdə Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyəti müzakirə edilib, sülhməramlı missiyanın səmərəli fəaliyyətindən məmnunluq ifadə olunub.

Görüş iştirakçıları regional təhlükəsizlik problemləri ilə bağlı da fikir mübadiləsi aparıb.

 

www.yenicag.az

479
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv