“Roket adam” ürəyindən əməliyyat olundu – SON DURUMU

Şimali Koreya lideri Kim Çen İn ağır ürək əməliyyatı keçirib.

Yenicag.az xəbər verir ki, bu barədə Amerika mətbuatı məlumat yayıb.

CNN-in ABŞ kəşfiyyatındakı qaynağına istinadən yaydığı məlumata görə Kim Çen aprelin 12-də ağır ürək əməliyyatı keçirib, daha sonra isə istirahət üçün Şimali Koreyanın Hyanqsan bölgəsinə gedib.

Xəbərdə o da bildirilir ki, Kimin ürəyini siqaret, artıq çəki və çox işləmək “xarab” edib.

Məlumat üçün bildirək ki, Koreyada ənənəvi olaraq hər il 15 apreldə Kimin babasının doğum günü qeyd edilirdi. Belə bir gündə liderin televizorda görünməməsi isə yayılan iddiaları daha da gücləndirib.