Roma Papası Yaponiyaya rəsmi səfər edəcək

Roma Papası Frensisk noyabrın 23-27-də Yaponiyaya rəsmi səfər edəcək.

Yenicag.az xəbər verir ki, Yaponiyanın Radioverilişlər Korporasiyasının (NHK) yaydığı məlumata görə, Frensisk noyabrın 25-də imperator Naruhito və baş nazir Sinzo Abe ilə görüşəcək. Həmin gün Papa Tokio Evində dua mərasimi (messa) icra edəcək.

Bildirilir ki, Papa paytaxt Tokiodan başqa, Hirosima və Naqasaki şəhərlərinə də gedəcək./AZƏRTAC/