Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Ronaldo qolsuz qalıb

Reklam: Sinerji Pro

311390İspaniya La Liqasında 13-cü turun növbəti oyunları keçirilib.

Ikinci oyun günündə daha 4 qarşılaşma baş tutub.

Səfərdə “Xetafe”nin qonağı olan “Atletik” (Bilbao) klubu rəqibinə 2:1 hesabı ilə qalib gəlib. Madrid “Real”ı isə eyni hesabla səfərdə “Malaqa”nı üstələyib – 2:1.

Qeyd edək ki, La Liqada 13-cü tura dekabrın 1-də keçiriləcək iki oyunla yekun vurulacaq.

İspan mətbuatını “Real”ın qələbə qazanması deyil, klubun forvardı Kriştianu Ronaldonun qol vurmaması daha çox maraqlandırıb. Portuqal hücumçunun hər iki qolun ötürməsini etməsinə, alınmayan aşırmasına və gözəl oyununa rəğmən, ispan həmkarlarımız başlıqlara “Ronaldo qolsuz qaldı” sözlərini çıxarıblar. Bu də səbəbsiz deyil. Dekabrın 1-də, yəni sabah, “Qızıl top”a namizədlərin qısa siyahısı açıqlanacaq. İdman yazarları fikirləşirlər ki, qol vurmaması Ronaldonun səs faizinə təsir edə bilər.

29 noyabr

İspaniya La Liqası, 13-cü tur

“Xetafe” – “Atletik” (Bilbao) – 1:2

Qollar: San Joze, 36 (0:1), Ekçeberia, 90 (0:2), Lafita, 90 1 (1:2)

“Espanyol” – “Levante” – 2:1

Qollar: Morales, 12 (0:1), Kaysedo, 19 (1:1), Qarsiya, 34 (2:1)

“Malaqa” – Real” (Madrid) – 1:2

Qollar: Benzema, 18 (0:1), Beyl, 83 (0:2), Santa Kruz, 90 2 (1:2)

“Selta Viqo” – Eybar” – 0:1

Qol: del Moral, 30 (0:1)

30 noyabr

“Atletiko” (Madrid) – “Deportivo”

“Sevilya” – “Qranada”

“Kordoba” – “Vilyareal”

1 dekabr

“Valensiya” – “Barselona”

“Almeria” – “Rayo Valekano”

28 noyabr

“Real Sosyedad” – “Elçe” – 3:0

Qollar: Vela, 3, 31, 53 (3:0)

(news.milli.az)

Loading...

www.yenicag.az

426