!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Roqozinin Azərbaycana fövqəladə səfərinin PƏRDƏARXASI

!Reklam – Yazi

85376Üzeyir Cəfərov: “Rusiyanın bundan əvvəl Azərbaycana çatdırdığı silahla bağlı müəyyən narahatlıq yaranıb, ona görə də Roqozin Bakıdadır”

Rusiya baş nazirinin birinci müavini Dmitri Roqozin Azərbaycana səfərə gəlib. Rusiyanın “Kommersant” qəzeti yazir ki,  Roqozin Bakıda iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edəcək.  Roqozinlə yanaşı Rusiya silahlarının xüsusi ixracatçı şirkəti olan “Rosoboroneksport”, həmçinin Hərbi-Texniki Əməkdaşlıq Federal Xidməti rəhbərliklərinin nümayəndələri də Bakıya gələcəklər.

Görəsən, Roqozinin ölkəmizə olan bu səfəri hansı məqsəddən yaranıb?

Hərbçi ekspert Üzeyir Cəfərov Yenicag.az-a açıqlamasında bildirdi ki, Roqozinin bu səfəri ola bilsin Rusiyanın müqaviləyə əsasən Bakıya göndərdiyi silah-sursatın Azərbaycan tərəfindən nə səbəbdən qəbul edilməməsini araşdırmaqla bağlı olaraq meydana çıxıb: “Dmitri Roqozinin bu səfəri bir qədər gözlənilməzdir. Maraqlıdır ki, bu səfərlə bağlı heç bir məlumat olmayıb. Amma Roqozinin özünün verdiyi məlumat ondan ibarətdir ki, Bakıya Rusiya tərəfindən bağlanılan müqavilələrə uyğun olaraq silahlar gətirilib, amma onlar boşaldılmayıb. Roqozin də həmin silahların nə səbəbdən Azərbaycan tərəfdən qəbul edilməməsi məsələsini araşdırmaq üçün Bakıya gəlib.

Görünür, bu texnika Azərbaycan tərəfi qane etməyib. Onun Azərbaycan Müdafiə Nazirliyi rəhbərliyilə görüşü planlaşdırılır. Həmin görüşdən sonra Roqozin prezident İlham Əliyevlə, ardınca da baş nazirin birinci müavini Yaqub Eyyubovla görüşəcək. Bu fonda da düşünürəm ki, məsələ öz müsbət həllini tapacaq. Sözsüz ki, burada tərəflər digər məsələləri də müzakirə edəcək. Bir sözlə Rusiyanın bundan əvvəl Azərbaycana çatdırdığı silahlarla bağlı müəyyən narahatlıq yaranıb, ona görə də Roqozin Bakıdadır. Fikrimicə, narahat doğuran bu silahlar da Hərbi-Dəniz Qüvvələrilə bağlıdır. Adətən belə məsələlər hərbi attaşelər səviyyəsində həll olunur. Amma indiki halda görünür bu məsələlər xüsusi əhəmiyyət kəsb etdiyindən problemin həllini nail olmaq üçün Moskva baş nazirin müavinini göndərib. Yəni, bu səfər adi səfərlərdən deyil və bir sıra məsələlərin həlli üçün nəzərdə tutulub.  Bu istiqamətdə rəsmilərin də mövqeyini gözləmək daha yaxşı olardı. Ola bilsin bilmədiyimiz bir çox məsələlər də var”.

ELÇİN

COP29

www.yenicag.az

608
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv