“Rossiya 24” telekanalının bir gün əvvəl yaralanan müxbiri ÖLDÜ

media-hightechnic-468x90

Bir gün əvvəl yaralanan jurnalist ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə rusiyalı təbliğatçı, teleaparıcı Vladimir Solovyov Telegram kanalında məlumat verib.

“Rossiya 24” telekanalının müxbiri Boris Maksudov bir gün əvvəl Zaporojyedə çəkiliş zamanı yaralanıb.

“Ukrayna Silahlı Qüvvələrinin atəşi zamanı yaralanan “Rossiya 24” telekanalının müxbiri Boris Maksudov dünyasını dəyişib”, – Solovyov qeyd edib.

Maksudov bir gün əvvəl Zaporojye vilayətində reportaj hazırlayarkən yaralanıb, onun dəstəsi dronun hücumuna məruz qalıb.

Solovyovun sözlərinə görə, Maksudov ilk günlərdən Şimal Hərbi Dairəsinin zonasında işləyib.

Xuraman Etibarlı

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600