Rubio ABŞ-nin İranın nüvə enerjisindən istifadəsinə razılıq verdiyini etiraf etdi

media-hightechnic-468x90

Vaşinqton administrasiyası müəyyən şərtlər daxilində İranın atom enerjisindən istifadə imkanına malik olması ilə razılaşmağa hazırdır.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio bəyan edib.

“Əgər İran ölkədə atom enerjisinin olmasını istəyirsə, bunu təmin etmək üçün mexanizmlər mövcuddur. Bütün dünyada elə ölkələr var ki, atom enerjisindən istifadə edirlər, lakin uranın zənginləşdirilməsi ilə məşğul olmurlar və onlar bunu qətiyyən 60 %-ə qədər zənginləşdirmirlər. Onlar bunu dağ süxurlarının qat-qat dərinliklərində və ya yerin altında etmirlər”, – o, ABŞ Konqresinin Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib.

“Əgər onlara nüvə enerjisi lazımdırsa, buna sahib ola bilərlər, müvafiq mexanizmlər var”, – deyə Amerika xarici siyasət idarəsinin rəhbəri əlavə edib. Dövlət katibinin fikrincə, İranla bağlı problem onun nüvə enerjisinə ehtiyacı olmasında deyil:

“İranla bağlı problem ondadır ki, onun bütün hərəkətləri nüvə silahı hazırlamağa can atan bir ölkənin davranışına uyğun gəlir”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05