Rubio Hörmüzə zərbə endirilməsindən danışdı
ABŞ Dövlət katibi Marko Rubio iddia edir ki, ABŞ-nin Hörmüz boğazındakı hədəflərə endirdiyi yeni zərbələr “Epik qəzəb” əməliyyatının tərkib hissəsi deyil.
“Bu, “Epik qəzəb” əməliyyatından ayrıdır”, – deyə ABŞ Dövlət katibi Vatikana və İtaliyaya səfərlərinin yekunlarına dair Romada jurnalistlərə açıqlamasında ABŞ Silahlı Qüvvələrinin Hörmüz boğazında daha əvvəl endirdiyi zərbələri şərh edərkən bildirib.
Hadisələrin onun təqdim etdiyi versiyasına görə, bu zərbələr özünümüdafiə məqsədilə endirilib. Buna görə də ABŞ və İran arasında mümkün atəşkəs rejiminin pozulması ilə bağlı suallar Tehrana ünvanlanmalıdır.
“Bunu iranlılardan soruşmaq lazımdır. Biz atəş açmamışıq. Bizə atəşi onlar açıblar”, – deyə xarici siyasət idarəsinin rəhbəri bildirib.
“Yalnız axmaq ölkələr onlara atəş açıldıqda cavab atəşi açmırlar. Biz isə axmaq ölkə deyilik”, – deyə Rubio qeyd edib.
Bundan əlavə, o bildirib ki, ABŞ mayın 8-i ərzində Tehranın Vaşinqtonun hərbi əməliyyatların dayandırılması şərtlərinə dair təkliflərinə cavabını gözləyir.













