Ruhani İran xalqından üzr istədi

media-hightechnic-468x90

Səlahiyyət müddəti başa çatmaqda olan İran prezidenti Həsən Ruhani hakimiyyəti dövründə onun rəhbərlik etdiyi hökumətin yalnış addımlarına görə xalqdan üzr istəyib.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Nazirlər Kabinetinin növbəti iclası zamanı bildirib.

“Biz çalışırdıq ki, siyasətimizdə səhvlər və çatışmazlıqlar az olsun. Buna baxmayaraq, əgər belə hallar yenə də olubsa, buna görə İran xalqından üzr istəyirəm”, – deyə Ruhani bəyan edib.

Prezident qeyd edib ki, xalq həyat səviyyəsindən haqlı olaraq narazıdır, lakin dövlətin iqtisadi müharibə vəziyyyətində olduğunu anlamaq və əldə olunan nailiyyətlərə bu baxımdan yanaşmaq lazımdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600