!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ruhi Əliyeva: "Çox ürəkağırdıcıdır ki, Azərbaycan qadını..." - VİDEO

!Reklam – Yazi

“Azərbaycanda qadın zorakılığı artıq ifrat həddə çatıb. Sosial şəbəkələrdə, saytlarda hər gün qadınların müxtəlif formada zorakılığa məruz qalmasının şahidi oluruq. Düşünürəm ki, bu problemin kökü təhsilsizlikdən qaynaqlanır. Zorakılığa məruz qalan qadın hara müraciət edəcəyini, öz hüquqlarını necə müdafiə etməli olduğunu bilmir”.

Yenicag.az xəbər verir ki, bu sözləri “Xəzər TV”nin “Xəbər ertəsi” verilişində qonaq olan “Liatris Holding”in rəhbəri, iş xanımı Ruhi Əliyeva deyib.

R. Əliyeva bildirib ki, Azərbaycan qadınının narkotik istifadə etməsi ürək ağrıdır:

“Qadınların çoxunun psixoloji travmaları var, hər xanım güclü ola bilmir. Qadın o qədər zərifdir ki… Bir əxlaq düsturu var, deyir, əlinə, dilinə, nəfsinə hakim ol. Elə insanlar var ki, nəfsinə hakim ola bilmir, eləsi də var, zəifdir. İndiki dövrdə çox ürəkağırdıcıdır ki, Azərbaycan qadını narkotikdən istifadə edir”.

O əlavə edib ki, yaxın zamanda qadın hüquqları ilə bağlı tədbir keçirəcək:

“Dekabrın 1-də “Four Seasons” hoteldə böyük tədbir edəcəyik. Bu mövzu geniş müzakirə olunmalıdır”.

 

www.yenicag.az

413
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv