Moskva polisi artıq məktəblinin oğurlanmasında şübhəli bilinən şəxsləri saxlayıb.
Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, onlar iki nəfər olublar.
Yenicag.az xəbər verir ki, polisi məlumatlandıran mənbə hadisənin şənbə günü yerli vaxtla axşam saat 21:00-da baş verdiyini deyib. Paytaxtın Kapotye rayonunda naməlum şəxslər 1997-ci il təvəllüdlü məktəblini döyüblər, sonra isə avtomobilə qoyaraq naməlum istiqamətə aparıblar.
Cinayətkarlar daha sonra telefonla onun dostuna zəng vuraraq yeniyetmənin azad edilməsi üçün 100 min rubl tələb ediblər.
Adam oğruları oğlanı pul yığmaq üçün buraxıblar. Oğruların əlindən qurtulan yeniyetmə kömək üçün polisə müraciət edib. Məktəblinin şikayətindən sonra polis şənbə günündən bazar gününə keçən gecə iki Ermənistan vətəndaşını saxlayıb.
Polis bölməsinə aparılan ermənilər hazırda dindirilir.
www.yenicag.az