!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya 6 ingilis diplomat ölkədən qovdu – Casusluq İTTİHAMI

!Reklam – Yazi

Altı ingilis diplomat Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən casusluq və sabotaş fəaliyyətləri ilə ittiham edilərək ölkədən qovulub.

Yenicag.az xəbər verir ki, İngiltərənin Moskvadakı səfirliyi məsələni şərh etməyib. Məlum olub ki, səfirliyin siyasi bölməsindən olan diplomatların sentyabrın əvvəlində Rusiyadan ayrılıb.

Rusiya Müdafiə Nazirliyinə aid dövlət televiziyası “Zvezda” diplomatların Moskva şəhərindən ayrılmasını göstərən görüntülər yayımlayıb və onları birbaşa “casus” adlandırıb.

FSB Londondakı İngiltərə Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya ilə məsul olan bölməsinin “siyasi və hərbi vəziyyətin gərginləşdirilməsini” koordinasiya etdiyini və Rusiyanın Ukraynaya qarşı müharibədə strateji məğlubiyyətini təmin etməklə vəzifələndirildiyini iddia edib.

Bu açıqlama İngiltərənin Ukraynanın Rusiyanın içindəki hədəflərə uzun mənzilli raketlər istifadə etməsinə icazə vermə cəhdlərinə öncülük etdiyi bir dövrdə gəlib.

FSB Rusiyanın digər ingilis diplomatların da oxşar fəaliyyətlərdə iştirak etdiyini müəyyən edərsə, onların da tez bir zamanda ölkədən çıxarılacağını bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İngiltərə səfirliyinin Moskva şəhərindəki fəaliyyətlərinin diplomatik normaları çox aşdığını və rus xalqına zərər verməyi məqsəd qoyan qəsdən fəaliyyətlər həyata keçirdiyini iddia edib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

129
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv