!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya-Ermənistan gərginliyi fonunda Azərbaycan tədbirlər görməlidir” - ŞƏRH

!Reklam – Yazi

“Mülki missiyaya qarşı təxribatların ola biləcəyini güman edirəm. Və bunu Azərbaycanın adına yazmaqda maraqlı olan qüvvələr var”.

Bunu Rusiya-Ermənistan gərgin münasibətləri fonunda Ermənistanın regiona Avropa Mülki missiyasını gətirməsini şərh edən politoloq Əhməd Əlili Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Rusiya XİN rəhbəri Azərbaycanda olarkən Ermənistana narazılığı sezilirdi:

“Mətbuat konfransında jurnalistlərdən birinin verdiyi suala “Nikol Paşinyanın insafına buraxıram” deməsi Rusiya-Ermənistan arasında münasibətlərin kifayət qədər gərgin olduğundan xəbər verir. Rusiya rəhbərliyində gizlədilməsi mümkün olmayan emosional fon var.

Ermənistanın Avropa İttifaqı ilə münasibətləri intensivləşdirməsi fonunda Rusiyanın qıcığının nəticəsi olaraq oradakı erməni diasporunun aktivləşməsi, Ermənistan daxilində bir sıra addımların atılmasını müşahidə edə bilərik.

Rusiyanın açıq-aşkar Ermənistana hərbi müdaxilə edəcəyini hesab etmirəm. Rusiya ermənilərə həm Ermənistanda, həm Qarabağda, həm də Rusiyada ciddi təsir göstərə bilər.

Rusiya Paşinyana təzyiq formalaşdıra, erməni mediasına təsir edə bilər. Bu da Paşinyanın media və Rusiyaya yaxın ictimaiyyət nümayəndələri ilə qarşıdurmasına səbəb olacaq. Paşinyanın bu istiqamətdə açıq fəaliyyəti gözləniləndir.

Avropa İttifaqı missiyasının gətirilməsi Rusiyanın Ermənistana təsir gücünün azaldığının göstəricisidir. Mülki missiyaya qarşı təxribatların ola biləcəyini güman edirəm. Və bunu Azərbaycanın adına yazmaqda maraqlı olan qüvvələr var. Bu səbəbdən Azərbaycan Rusiya-Ermənistan gərginliyi fonunda ehtiyatlı davranmalı, ehtiyat tədbirləri görməlidir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

246
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv