“Ukrayna və Gürcüstanın NATO-ya daxil olmaq ehtimalı Rusiyanı qorxudur”.
Bu fikirləri Yenicag.ru-ya açıqlamasında ukraynalı ekspert Aleksandr Oxrimenko deyib.
Oxrimenkonun fikrincə, regionda gərginliyin artmaması üçün NATO ilə Rusiya kompromisə getməlidir:
“Aydındır ki, Rusiya NATO-nun genişlənməsindən narazıdır və Gürcüstanla Ukraynanın alyansa üzvlük ehtimalı Moskvanı qorxudur. Ona görə də Rusiya generalları NATO-ya göstərmək istəyirlər ki, bu məsələyə sakit baxmayacaqlar. Nəticədə heç kimə, ən əsası da NATO-ya lazım olmayan münaqişə ocağı yaranır. Burada həqiqətən də, Rusiya ilə NATO-nun Gürcüstan və Ukraynanın gələcəyi ilə bağlı kompromislərə getmələri lazımdır”.
Ekspertin sözlərinə görə, NATO ilə Rusiya generallarının görüşü Bakı üçün rahatdır:
“Azərbaycan neytral ölkədir – Əliyevi nə Rusiya, nə də NATO-ya rəğbətdə günahlandırmaq olmaz. Belə ağır görüşlərin məhz neytral ölkədə keçirilməsi lazımdır ki, heç kim incik qalmasın. Həm də rahat danışmaq mümkün olsun”.
Oxrimenko əlavə edib ki, indiki şəraitdə Ermənistanı dəstəkləyən Rusiya NATO-dan zəifdir:
“Sürətlə silahlanma Rusiya iqtisadiyyatı üçün sarsıdıcı, hətta dağıdıcı təsirə malikdir. Ona görə də Rusiya Ermənistanla dostluqdan danışsa da, maliyyə cəhətdən İrəvanla Azərbaycan və Türkiyə kimi hərbi əməkdaşlıq edə bilməz. Rusiya Ermənistanı sona qədər bəsləyib-dəstəkləyə bilməyəcək.
www.yenicag.az