Rusiya gəmisi Aralıq dənizində batdı

media-hightechnic-468x90

Rusiyanın “Ursa Major” gəmisi Aralıq dənizində İspaniya və Əlcəzair arasında beynəlxalq sularda batıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Espanyol” nəşri məlumat yayıb.

“Rusiyanın “Ursa Major” ticarət gəmisi bu bazar ertəsi maşın bölməsində baş verən partlayışdan sonra beynəlxalq sularda qəzaya uğrayıb. 14 ekipaj üzvü xilas edilərək Kartaxena limanına aparılıb, iki ekipaj üzvü hələ də itkindir”, – nəşr bildirib.

Xilasetmə işlərinə ərazidə olan bir neçə gəmi, eləcə də İspaniya Hərbi Dəniz Donanmasının patrul qayığı cəlb olunub.

Məlumata görə, gəmi 12 gün əvvəl Sankt-Peterburqdan çıxıb və yanvarın 22-də Vladivostok limanına çatmalı imiş.

Qeyd edək ki, “Ursa Major” 2009-cu ildə inşa olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600