!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya hərbçilərinin Qarabağdan ÇIXARILMASI: "Fərqli təxribatların reallaşacağı istisna deyil" - ŞƏRH

!Reklam – Yazi

“Rəsmi Bakı və Azərbaycan cəmiyyəti rusiyalı hərbçilərin müddətləri bitdikdən sonra Qarabağı tərk etməsini istəyir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri 10 noyabr bəyanatına əsasən Qarabağda müvəqqəti yerləşdirilən rus sülhməramlı qüvvələrinin torpaqlarımızdan çıxarılmasının mümkün vasitələrini dəyərləndirən politoloq Elxan Şahinoğlu səsləndirib.

Elxan Şahinoğlu Rusiyanın Qarabağı tərk etmək niyyətində olmadığını, bu niyyətini gerçəkləşdirmək üçün bölgədə fərqli təxribatlara əl ata biləcəyini qeyd edib:

“Rusiya hərbçiləri 10 noyabr bəyanatına riayət etməyərək səlahiyyətlərini aşır və faktiki erməni separatçılarını himayə edirlər. 9 ay ərzində artan təxribatlar da bundan xəbər verir. Bu sıraya Rusiya hərbçilərinin Laçın dəhlizində “təlimlər” keçirməsindən, bayraq qaldırmasından və bölgədə tikinti işləri aparmasından tutmuş İrandan gələn yüklərin Qarabağa buraxılmasına qədər faktları aid etmək olar.

10 noyabr bəyanatına görə, Azərbaycan istəməsə, 5 ildən sonra Rusiya hərbçiləri Qarabağı tərk etməlidirlər. Azərbaycan XİN-in bəyanatlarında və rəsmilərin açıqlamalarında “bölgədə müvəqqəti yerləşdirilən sülhməramlılar” ifadəsi işlənir. Yəni rəsmi Bakı və Azərbaycan cəmiyyəti rusiyalı hərbçilərin müddətləri bitdikdən sonra Qarabağı tərk etməsini istəyir. Əlbəttə, bu asan başa gəlməyəcək, rusiyalı hərbçilər bölgəni tərk etməsin deyə bölgədə fərqli təxribatların reallaşacağı istisna deyil. Bütün hallarda, dialoq şəraitində rusiyalı hərbçilərin bölgəni tərk etməsi əsas vəzifəmizdir. Bu, mümkündür.

Rusiya-Azərbaycan münasibətləri tarixində Moskvanın Bakının qərarlarıyla hesablaşdığı durumlar az deyil.

Rusiyanın yaxın keçmişdə Azərbaycanın qərarları ilə hesablaşdığını nəzərə alaraq rəsmi Bakının bir başqa qərarını da nəzərə alacağı – hərbçilərini Qarabağdan çıxaracağı ehtimalı yüksəkdir. 1990-cı illərin əvvəllərində Rusiyanın hərbi bazalarının Azərbaycandan çıxarılmasını təmin etmişiksə, bunu yenə təkrarlaya bilərik”.

www.yenicag.az

454
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv