“Rusiya ilə münasibətlərin normallaşması çətinləşəcək”

media-hightechnic-468x90

8b39f01a2d852e952c3478c37928f956Rusiya ilə Abxaziya arasında bağlanmış “Müttəfiqlik və strateji tərəfdaşlıq haqqında” saziş Rusiya ilə münasibətlərin normallaşmasını çətinləşdirəcək.

Bunu Tiflisdə təşkil olunmuş xüsusi brifinqdə Gürcüstan prezidenti Qeorqi Marqvelaşvili bəyan edib.

Onun sözlərinə görə, beynəlxalq hüquqa zidd olan müqavilənin imzalanması Rusiyanın Abxaz regionunu ilhaq etməsinə yönələn addımdır. Marqvelaşvili beynəlxalq ictimaiyyəti qeyri-qanuni sazişə müvafiq siyasi qiymət verməyə çağırıb.

Qeyd edək ki, noyabrın 24-də Soçi şəhərində Rusiya ilə Abxaziya arasında imzalanmış saziş ümumi müdafiə və təhlükəsizlik məkanının yaradılmasını nəzərdə tutur.

(az.apa.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600