!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya İZİ BELƏ İTİRMƏK İSTƏYİB: “Ona görə Aktauya yönləndiriblər”

!Reklam – Yazi

“Rusiyanın dispetçer xidməti izi itirmək üçün təyyarəni Aktauya yönləndiriblər”.

Bu fikri Azərbaycana məxsus təyyarənin Rusiyada vurulmasını Yenicag.az-a dəyələndirən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

O, bildirib ki, Rusiya tərəfi eyni anda bir neçə səhv edib:

“Hava hücumundan müdafiə sistemləri işləyirsə, hava məkanı dərhal bağlanmalıdır, mülki təyyarələrin uçuşuna qadağa qoyulmalıdır. Bunu etmədikləri ortadır. O zaman təyyarə vurulduğu üçün beynəlxalq hüquqa görə, Rusiyanın dispetçer xidməti təyyarənin endirilməsi istiqamətində addımlar atmalı idilər. Rusiya tərəfi qəza uçuşunu həyata keçirməli idi. Qroznıya təyyarə düşə bilmirdisə, yaxınlıqdakı hava limanlarına endirilmə həyata keçirilməli idi”.

“Bəziləri Azərbaycanın dispetçer xidmətini günahlandırmağa çalışırlar. Məlumat üçün bildirim ki, Azərbaycan ərazisi tərk olunan kimi hansı ölkənin ərazisinə təyyarə daxil olursa, təyyarələri həmin dövlətin dispetçerləri idarə edir. Azərbaycan dispetçerləri ora müdaxilə etmir. Rusiyanın dispetçer xidməti izi itirmək üçün təyyarəni Aktauya yönləndiriblər. Güman edirəm ki, “Pantsir-S1” atəşi nəticəsində təyyarəyə zərbə dəyib və məlum hadisə baş verib”.

Səxavət Məmməd

www.yenicag.az

129
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv