!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Lotu Quli" 700 silahlını ayağa qaldırdı - Kriminal müharibə

!Reklam – Yazi

Yeni İl ərəfəsində Moskvada xüsusi xidmət orqanları “qanuni oğrular” Nadir Səlifov (Quli) və Əziz Batukayevin (Əziz) qruplaşmaları arasında genişmiqyaslı nüfuz dairələrinin bölüşdürülməsinin qarşısını alıblar.

Bu barədə Yenicag.az Rusiya mətbuatına istinadən məumat verir.

Əziz, “Quli”yə mütəşəkkil cinayətkar qrupun lideri Zaur Əliyevdən (Zayka) miras qalan, üç paytaxt bazarlarına iddia irəli sürüb.

“Lotu Quli” Moskvada 700 silahlı adamını ayağa qaldırıb, daha sonra isə qarşı tərəfdən kiçik bir görüş keçirmək barədə təklif alıb. Lakin sonda görüşə müdaxilə edən güc strukturları “sxodka”nın qarşısını alıblar.

İndi hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Əziz Batukayevi çətinliklər gözləyir, belə ki o, ən azı “qanuni oğru” olmasını təsdiqləməlidir.

Bu cür fiaskodan sonra Əziz öz oğru titulunu qorumalı olacaq – “Quli”yə qarşı o çox aqressiv davrandı. Beləliklə, dekabr ayının ortalarında çeçenlər özləri bu üç bazarı öz şeflərinə yönləndirməyə cəhd etdilər və obyektlərin Quli klanına aid olduğunu nəzərə almadılar.

“Quli” isə Əzizdən heç bir açıqlama gözləmədən özü ona zəng edib. Mənbələrə görə, tərəflərin söhbəti müsbət sonluqla bitməyib. Çeçen sərt bir şəkildə bazarlara iddiasından imtina etmədiyini bildirib. “Quli” isə bunun Əzizə baha başa gələcəyini bildirib.

Əzizin oğru tituluna gəldikdə isə, onun “tacqoyma” tarixçəsi sual altındadır, “indi” isə Quli ilə uğursuz münaqişədən sonra onun titulu daha da şübhə altına alınıb.

COP29

www.yenicag.az

9356
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv