!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-NATO qarşıdurması: "Məsələyə Ukrayna üzərindən qərar veriləcək" - HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Ukrayna üzərindən NATO ilə Rusiya silahlı münaqişəyə gələcək səviyyədədirlər. Məsələyə Ukrayna üzərindən qərar veriləcək”

Bu fikri NATO ilə Rusiya arasındakı görüş, Rusiyanın tələbləri arasındakı 7-ci maddə və bu tələblər yerinə yetirilərsə müdafiə sahəsində Türkiyə-Azərbaycan münasibətlərinin hansı məcrada davam edəcəyini şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elxan Şıxəliyev bildirib ki, NATO-nun Ukrayna üzərindən şərqə doğru genişlənməyəcəyi ilə bağlı anlaşsalar, o zaman bu proseslər səngiməyə doğru gedəcək. Əgər NATO israr edəcəksə, lokal və ya beynəlxalq konfliktin yaranmasını proqnoz etmək olar”.

“Rusiya NATO-nun genişlənməsindən çox ciddi narahatlıq keçirir. Putin bildirir ki, NATO-nun şərqə genişlənməsi qırmızı xəttimizdir. Qırmızı xətt o deməkdir ki, Rusiya keçmiş sovet respublikaları ərazisini NATO-ya daxil olmayacaq ərazilər kimi görür. Açıq da bəyan edir ki, bu ölkələrdən hər hansısa biri NATO-ya üzv olsa və yaxud bu ölkələrin hər hansısa birinin ərazisində hərbi baza yerləşdirilsə, bu Rusiya üçün müharibə anlamına gəlir. Əgər NATO Rusiyanın dediyi qırmızı xətti keçərsə, Rusiya o ölkələrə qarşı güc tətbiq etməyi öz əlində saxlayır.

NATO-nun istəyi isə ondan ibarətdir ki, keçmiş sovet respublikaları arasında hansılar təşkilata üzv olmaq istəyirlərsə, onları öz çətri altına almaqdır. Üç Baltikyanı ölkəni zamanında NATO öz çətri altına aldı. Bu baxımdan NATO-nun təcrübəsi var. Bundan sonrakı mərhələdə Ukrayna və Gürcüstanı təşkilata üz etmək istəyirlər. Düşünürlər ki, adı gedən iki ölkənin hərbi və siyasi yönü NATO-ya üzv olmağa uyğun gəlir. Bu silahlı qüvvələrin təlimini də, NATO ölkələrinin hərbi mütəxəssisləri həyata keçirir. NATO-nun hərbi mütəxəsisləri hansı ölkənin silahlı qüvvələrinin təlimlərində iştitrak edirsə, bu deməkdir ki, həmin ölkələri gələcəkdə namizəd kimi görür. Təbii ki, bu prosesin içində Azərbaycan təhlükə olaraq görünmür. Çünki ölkə olaraq NATO-ya inteqrasiya ilə bağlı bir bəyanatla çıxış etməmişik. Qoşulmama Hərəkatınada olmaqla ölkədə stabilliyin qalması yönüdə uyğun siyasət aparılır.

Rusiyanın əslində burda istifadə etdiyi güc əlində lazer silahının olmasıdır. NATO bunun üzərindən çalışır ki, Rusiya hərbi qurumlarını və sənayesinin sayını artırsın və maliyə vəsaitləri o istiqamətə yönəlsin və ölkə çöksün. SSRİ məhz belə çöküdü. Vaxtında SSRİ-yə qarşı aparılan siyasət indi də Rusiyaya qarşı aparılır. Bir tərəfdən Rusiya özünü güclü göstərmək istəsə də, iqtisadi cəhətdən zəifləyir. Daim münaqişələr üzərindən yarışmağın özü çox böyük iqtisadiyyat tələb edir”.

Hərbi ekspert Rusiyanın NATO-dan tələbləri üzərinə Türkiyə-Azərbaycan hərb sahəsindəki əməkdaşlığı barədə bunları deyib:

“NATO-nun Rusiyanın təlbələrini qəbul edəcəyini düşünmürəm. Çünki Avropa strukturları bəyanat verdi ki, görüşdən ciddi nəticə gözlməmirik. Bu o deməkdir ki, dinləyib, uzaqlaşacağıq, sazişdən söhbət gedə bilməz. Azərbaycanın Türkiyə ilə əməkdaşlığına gəldikdə isə bu əməkdaşlıq NATO sahəsində qəbul etmirik. İki tərəfli anlaşma və memarondomlar çərçivəsində, onun da zirvəsi Şuşa Bəyannaməsi imzalandı. DÖvlətlərin ikitərəfli bir-biri ilə qarşılıq iqtisadi, siyasi və müdafiə sahəsindəki əməkdaşlığı davam edəcək. Bundan Rusiya da narahatlığını bildirmir. Orda çıxacaq qərarların Azərbaycana qarşı təhdidedici olacağını düşünmürəm”.

Xatırladaq ki, Rusiyanın NATO-ya təqdim etdiyi saziş layihəsinin 7-ci maddəsində yazılıb: “Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv ölkələr Ukrayna, digər Şərqi Avropa ölkələri, Cənubi Qafqaz və Mərkəzi Asiya ərazisində istənilən hərbi fəaliyyət aparmaqdan imtina edir.”

Səxavət Məmməd

www.yenicag.az

840
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv