!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya nüvə silahını işə SALIR? – “Moskva istəyir ki...”

!Reklam – Yazi

 

“Rusiyanın nüvə silahından istifadə etməsi ilə bağlı bəyanatlar yeni deyil. Çünki Rusiya-Ukrayna müharibəsində davamlı olaraq, Moskvadan belə bəyanatlar səsləndirilib, hətta prezident Vladimir Putin səviyyəsində də taktiki nüvə silahından istifadə edilməsi haqqında açıqlamalar olur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı deyib.

O, rusiyalı politoloq və dövlət məsləhətçisi Sergey Karaqanovun Rusiyanın NATO ölkələrindən birinə qarşı nüvə silahından istifadə etməsi ilə bağlı səsləndirdiyi fikirləri şərh edib.

Xatırladaq ki, Karaqanov açıqlamasında nüvə silahının ruslara Tanrının hədiyyəsini olduğunu bəyan edərək, Moskvanın mütləq şəkildə bu silahdan NATO ölkələrinə qarşı istifadə etməsinin vacibliyini vurğulayıb.

Məsələyə münasibət bildirən M.Bünyadlının fikrincə, bütün bunlara baxmayaraq, nüvə silahından istifadə edilməsi məsələsi o qədər də real deyil:

“Çünki nüvə silahı başqa silahlardan tamamilə fərqlənir. Bunun Rusiyanın özünə də ziyanları ola bilər. Hansısa formada, haçansa taktiki nüvə silahlarından istifadə ehtimalı ola bilər, lakin bu gün bunun real olacağını gözləmirəm. Sadəcə, bu, Qərbə qarşı olan hərbi-psixoloji təhdiddən başqa bir şey deyil”.

Onun sözlərinə görə, bu gün Rusiya Ukrayna müharibəsində apardığı hərbi əməliyyatlarda üstün mövqedədir:

“Sadəcə, Rusiya qarşı tərəfi təhdid etməklə müəyyən formada onları yumşaldıb, hansısa danışıqlara vadar etmək niyyətindədir. Eləcə də Moskva prosesləri səngidib onlara qarşı olan sanksiyaların qabağını almaq istəyir. Amma mən Rusiyanın nüvə silahından yaxın gələcəkdə istifadə edəcəyinə inanmıram. Ona görə ki, bunun üçün şərait yoxdur”.

Politoloq hesab edir ki, S. Karaqanovun dedikləri blef olmasa da, Qərbə qarşı olan hərbi-psixoloji təzyiq və təhdiddir:

“Yəni Kreml bununla iddia edir ki, “mən nüvə silahından istifadə edə bilərəm”. Hətta Vladimir Jirinovski də dəfələrlə analoji açıqlamalar verib. Bəzən ölkələr tərəfindən belə təhdidlər edilir. Yəni bununla ruslar qarşı tərəfi qorxudaraq, onları güzəştə getməyə məcbur edirlər ki, bütövlükdə Qərb Ukraynaya Rusiyanın daxilinə zərbələr endirməyə icazə verməsin”.

“Şimali Koreya əsgərlərinin Rusiyaya gəlməsindən sonra ABŞ prezidenti Co Bayden dünən bəyan etdi ki, əgər KXDR hərbçiləri Ukrayna sərhədlərini keçərlərsə, Ukrayna onlara qarşı cavab tədbirləri görüb koreyalı əsgərləri məhv etməlidir. Amma Rusiyanın bu gün nüvə silahı ilə bağlı dedikləri Qərbin Kiyevə Rusiyanın daxilinə zərbələrin endirilməsinə icazə verməsinin qarşısı almaqdan ibarətdir və bu ehtimal hələlik real deyil”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

193
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv