Rusiya ölkəyə girişdə mesajları da yoxlayır: Bəzi şəxslər sərhəddən buraxılmadı
Rusiya sərhədçiləri terrorçu və ekstremist təşkilatlarla bağlı kanallara abunə olan Tacikistan və Özbəkistan vətəndaşlarına, həmçinin smartfonlarında “radikal və ukraynayönlü ictimaiyyətə” ölkəyə buraxılmayıb.
Yenicag.az Kun.uz-a istinadən xəbər verir ki, Özbəkistan vətəndaşı Akmalcon B. radikal dini bloqçuların kanallarına, eləcə də terror təşkilatlarının fəaliyyətini əks etdirən videolara baxdığı üçün ölkəyə buraxılmayıb.
Yoxlamadan keçə bilməyən bir sıra digər əcnəbilərin qadcetlərində ukraynayönlü kanallara abunəlikləri, Ukrayna xüsusi xidmət orqanlarının “hərəkətləri” haqqında videolar və Rusiya hüquq-mühafizə orqanlarını tənqid edən yazışmalar tapılıb. Bəzi hallarda əcnəbilərin sərhədi keçməzdən əvvəl messencerlərdəki yazışmaları silməyə cəhd etdikləri aşkarlanıb.