!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya öz öhdəliklərini yerinə yetirməkdənsə, yenə də şantaj və cığallığa əl atır” – ŞƏRH

!Reklam – Yazi

“Əsəd qüvvələrinin gücü olsaydı, zamanında terror qruplaşmalarının qarşısında aciz qalmazdı”.

Bu fikirləri Rusiya Prezidentinin Suriya nizamlaması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin Türkiyənin Suriyanın şimalında nəzərdə tutduğu yeni hərbi əməliyyatın “iki ordunu üz-üzə gətirəcəyi” barədə xəbərdarlığını şərh edən Qəhrəmanmaraş Sütçü İmam Universitetinin Siyasi və Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri professor Toğrul İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

Professorun sözlərinə görə, Rusiya rəsmiləri belə yanaşmalarla Moskvanın üzərinə götürdüyü öhdəlikləri arxa plana keçirməyə çalışırlar:

“Əslində, Türkiyənin Suriyanın şimalında keçirməyi planlaşdırdığı yeni əməliyyatla bağlı dəfələrlə ətraflı izahat verilib. Türkiyə öz güvənliyi üçün Suriyanın şimalında təhlükəsizlik zolağı yaradılmasının vacibliyini tam əsaslandırıb.

Rusiya rəsmilərinin bu barədə Türkiyəyə hər hansı formada xəbərdarlıq etmələrinin əsası yoxdur. Əksinə, qeyd olunmalıdır ki, Rusiya 2018-ci il Soçi anlaşması ilə üzərinə götürdüyü Suriyadakı nəzarət etdiyi bölgələrdə terrorçu YPG-yə yönəlik tədbir görmək öhdəliyinin icrasından yayınır. Belə olduqda onun Türkiyəyə nəsə xəbərdarlıq etməsi məntiqli deyil. Göründüyü kimi, Rusiya öz öhdəliklərini yerinə yetirməkdənsə, yenə də şantaj və cığallığa əl atır.

Digər məsələyə gəldikdə isə hazırda Əsədə bağlı hərbi qüvvələrin nə qədər acınacaqlı vəzyyətdə olduğunu hamı bilir. O baxımdan, Əsəd qüvvələrinin Türkiyə ordusunun qarşısına çıxması, ümumiyyətlə, təsəvvürə gəlmir. Yəni o qüvvələrin gücü olsaydı, zamanında terror qruplaşmalarının qarşısında aciz qalmazdı”.

A.Zeynalov

www.yenicag.az

615
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv