!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya qonşu ölkələrə üz tutur: "Məğlubiyyətin yaxın olduğunu anlayır və...” - ŞƏRH

!Reklam – Yazi

“Rusiyanın həm Türkiyə, həm Azərbaycan, həm də digər qonşu ölkələrinə ehtiyacı olduqca çoxdur”.

Bunu Putinin Ərdoğanla telefonla danışaraq Rusiya-Ukrayna münasibətlərinin yumşalmasında vasitəçi tərəf kimi Türkiyəni görməsi ehtimalından danışan politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Putinin Ərdoğanla danışığı və region ölkələri ilə əlaqələri sıxlaşdırması xüsusi əhəmiyyət daşıyır:

“Görünür. Rusiya məğlubiyyətin yaxın olduğunu başa düşür. Qərblə əlaqələrin qırıldığı vəziyyətdə dünyadan təcrid olunmamaq üçün qonşu ölkələrlə, xüsusilə Türkiyə və Azərbaycanla münasibətlərin sıxlaşdırılması məğlubiyyəti konpensasiya etmək üçün atılan addımlardır. Rusiya bu müharibənin artıq özü üçün məğlubiyyət olduğunu anlayır.

Müharibənin gələcək taleyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Lakin müharibənin gələcək taleyi çox əvvəldən məlumdur. Rusiya təcridolunma siyasətindən qurtulmağa çalışacaq. Bunu nə dərəcədə bacaracağı, yaxud uğur əldə edəyi yaxın perspektivdə gedən proseslər nəticəsində bilinəcək. Rusiya üzərində 23 min sanksiyanın olduğunu və uzun müddət davam edəcəyini, eyni zamanda ABŞ və müttəfiqləri ilə münasibətlərin kəskin dərəcədə gərgin olduğunu nəzərə alsaq, Rusiyanın yaxın perspektivdə blokadadan çıxacağı inandırıcı görünmür. Rusiyanın həm Türkiyə, həm Azərbaycan, həm də digər qonşu ölkələrinə ehtiyacı olduqca çoxdur”.

Nəsimi Ələsgər

www.yenicag.az

429
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv