!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Rövşən Əsgərovu həbs etmək üçün hərəkətə keçdi

!Reklam – Yazi

 “Nə? Harada? Nə vaxt?” intellektual klubunun keçmiş üzvü Rövşən Əsgərovun əcnəbi agent haqqında qanunu pozduğu üçün barəsində cinayət işi açıla bilər. 

Yenicag.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumatı TASS  hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən  yayıb.

Agentliyin  mənbəsinin sözlərinə görə, “Rövşən Əsgərova Rusiya Cinayət Məcəlləsinin 330.1 maddəsi ilə cinayət işi açmaq üçün  ciddi əsaslar var”.  Cinayət işi başlansa, Rövşən Əsgərovu  2 ilə qədər həbs gözləyir.

bc383f0a8d7ee503a934e70244b61bad.jpeg (54 KB)

Ədliyyə Nazirliyi Rövşən Əsgərovu 2022-ci ilin dekabrında xarici agentlərin reyestrinə daxil edib. Bundan əvvəl – elə həmin il may ayının sonunda Moskvanın Basmannı məhkəməsi onu marşal Georgi Jukov haqqında yazdığı yazıya görə nasizmin reabilitasiyası (Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi) işi üzrə qiyabi həbs etmişdi. Rövşən Əsgərov  ittihamları qəbul etməyib və məhkəmənin qərarına etiraz edəcəyini bildirib. 2022-ci ilin mayında o, Rusiyanı tərk edib.

Bəs Rövşən Əsgərovun ölkədən getməsinə səbəb olan yazı nədir?  Söhbət ondan başlayıb ki, Rövşən sosial şəbəkələrdə öz səhifəsində marşal Jukov haqqında “oğru”, “təcrübəli talançı” kimi  ifadələr yazıb. Rusiya İstintaq Komitəsi  ona qarşı nasizmin reabilitasiyası maddəsi ilə cinayət işi açıb.  Dövlət Tarix Muzeyi də Jukova qarşı ifadələrinə görə məhkəməyə müraciət edib, Rövşən  Əsgərov axtarışa  verilib. Rusiya mənbələri iddia edirlər ki, həmin vaxt  Rövşən Azərbaycanda olub.  O, bildirib ki, onun yazısında heç bir böhtan, o cümlədən nasizmin reabilitasiyası yoxdur, çünki onun yazdıqları  məlumatlar ictimaiyyətə açıqdır və sirr deyil. O, Rusiyaya qayıtmaq fikrində olmadığını da deyib. Hazırda onun harada olması haqda dəqiq bilgi yoxdur.

rovshan-askerov-with-his-wife-and-children_89.jpg (296 KB)

Musavat.com xəbər verir ki, Rövşən Əsgərov 1972-ci il mayın 4-də Bakıda ziyalı ailəsində anadan olub. Rövşənin atası tanınmış azərbaycanlı rəssam Ənvər Əsgərovdur. Rövşənin  iki bacısı da var.  Rövşənin anası Elvira Əsgərovanın dediyinə görə, o, məktəbdə yaxşı oxuyub  və gümüş medalla bitirib.  Məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi oldu. O, dissertasiyasını ən yüksək qiymətlərlə yazıb, aspiranturada təhsilini davam etdirib və sonda namizədlik dissertasiyasını müdafiə edib, lakin jurnalistikanı əsas məşğuliyyəti kimi seçib. 28 noyabr 1998-ci ildə Maksim Potaşevin komandasında ilk dəfə “Nə? Harada? Nə vaxt?” klubunda debüt edib.

Rövşənin həyat yoldaşı  Yuliya ilə münasibətlərini 2000-ci ilin dekabrında sadə məclislə rəsmiləşdiriblər. Üstəlik, bəyin valideynləri toyda olmayıblar. Rövşənin izah etdiyi kimi, həmin an bacısı Braziliyada yaşayıb, uşaq dünyaya gətirib və anası o səbəbdən toya qatıla bilməyib.

in-the-photo-rovshan-askerov_34.jpg (249 KB)

Qeyd edək ki, Rusiya  Ədliyyə Nazirliyinin reyestrində 606 xarici agent var ki, Rusiya qanunlarına görə, onlar haqda bütün yazılar xüsusi işarələrlə seçdirilməlidir.  Qanuna görə, xarici agent elan olunmuş şəxs bir il ərzində üç dəfə qanunu pozarsa, bu, iki ilə qədər həbs cəzası nəzərdə tutan cinayət işinin başlanmasına səbəb ola bilər.

www.yenicag.az

210
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv