!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya sanksiyalara baxmayaraq neft ixracını ARTIRIR

!Reklam – Yazi

Rusiya- Ukrayna müharibəsi səbəbiylə G7 ölkələri tərəfindən tətbiq edilən sanksiyalara baxmayaraq, Rusiyanın xam neft tədarükü bu ilin yazında 50 faiz artım təşkil edib.

Yenicag.az dünya mediasına istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ), G7 ölkələri və Avstraliya dekabrın 5-də Rusiya neftinin 60 dollar qiymətinə satılmasının qarşısını alan tavan qiymət praktikasını tətbiq edib.

Bununla belə, Kiyev İqtisadiyyat Məktəbinin (KSE) proqnozlarını özündə əks etdirən xarici media qurumlarına məxsus məlumata görə, xam neftin qiymətinin davamlı artması və Rusiyanın öz neftinə tətbiq etdiyi endirimi azaltması səbəbindən Rusiya neftinin gəlirləri arta bilər.

Qeyd edək ki, Rusiyanın ötən həftə açıqladığı bir çox ölkəyə dizel ixracına müvəqqəti qadağa qoyması qərarının da tədarükün daha da azalmasına səbəb olacağı gözlənilir.

www.yenicag.az

232
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv