Rusiya səfirinin cənazəsi Vətəninə göndərildi

media-hightechnic-468x90

bfba43a25413940dfa8c44a6741aa29d__1440xDünən Türkiyədə qətlə yetirilən Andrey Karlovun cənazəsi Rusiyaya göndərilib.

Yenicag.az türk mətbuatına istinadən məlumat verir ki, mərasimdə Türkiyə baş nazirinin müavini Toğrul Türkeş, daxili işlər naziri Süleyman Soylu, deputatlar, xarici ölkələrin səfirləri, o cümlədən A. Karlovun ailə üzvləri iştirak ediblər. Rusiya bayrağına sarılmış tabut əsgərlər tərəfindən mərasim məkanına gətirilib.

Səfirin həyat yoldaşı, oğlu, yaxınları da onunla birlikdə xüsusi təyyarə ilə Moskvaya gedib.

Xatırladaq ki, ötən gün axşam Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Türkiyənin bu ölkədəki səfiri A. Karlov qətlə yetirilib. Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub. O, təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600